AZ

"Lufthansa" Yaxın Şərq istiqamətində uçuşları təhlükəsizlik səbəbindən məhdudlaşdırıb

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkəti təhlükəsizlik riskləri iləəlaqədar Yaxın Şərq istiqamətində bir sıra uçuşları uzun müddətədayandırıb.

Trend xəbər verirki, şirkət Abu-Dabi, Əmman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Muskatvə Tehran hava limanlarına reyslərin oktyabrın 24-dək həyatakeçirilməyəcəyini açıqlayıb. Qərarın İranla bağlı hərbi gərginlikvə əməliyyatlarla əlaqədar olduğu bildirilib.

Məhdudiyyətlər “Lufthansa” qrupu daxilində fəaliyyət göstərən“Swiss”, “Austrian Airlines”, “Brussels Airlines”, “ITA Airways”,“Edelweiss” və “Lufthansa Cargo” şirkətlərinə də aiddir. Qrupundigər törəmə şirkəti “Eurowings” isə Beyrut və Ərbilistiqamətlərində uçuşları ilkin olaraq aprelin 30-dəkdayandırıb.

Bundan əlavə, Dubay və Təl-Əviv istiqamətlərinə uçuşlar mayın31-dək həyata keçirilməyəcək. “Lufthansa Cargo”nun yük reysləri və“Eurowings”in Təl-Əvivə sərnişin uçuşları isə ilkin mərhələdəaprelin 30-dək dayandırılıb.

Aviaşirkət regiondakı vəziyyəti yaxından izlədiyini vəqərarların duruma uyğun olaraq yenilənəcəyini açıqlayıb.

Seçilən
43
5
az.trend.az

6Mənbələr