AZ

Sumqayıtda BakuBus avtobusu kobud qayda pozdu ANBAAN GÖRÜNTÜ

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində sərnişin avtobusu sürücüsünün törədilən kobud qayda pozuntusu digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

View this post on Instagram

Belə ki, 500 nömrəli xətt üzrə hərəkət edən "BakuBus"a məxsus avtobusun sürücüsü Zülfü Hacıyev və N.Nərimanov küçələrinin kəsişməsində dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozub. Sürücü "Stop" nişanının tələbinə əməl etməyərək birbaşa əsas yola çıxıb.

Nəticədə arxadan gələn nəqliyyat vasitələri üçün ciddi qəza riski yaranıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
5
oxu.az

6Mənbələr