AZ

"Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video

Sumqayıt şəhərində sərnişin avtobusu sürücüsünün törədilən kobud qayda pozuntusu digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

News365.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 500 nömrəli xətt üzrə hərəkət edən "Bakı Bus"a məxsus avtobusun sürücüsü Zülfü Hacıyev və N.Nərimanov küçələrinin kəsişməsində dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozub. Sürücü "Stop" nişanının tələbinə əməl etməyərək birbaşa əsas yola çıxıb.

Nəticədə arxadan gələn nəqliyyat vasitələri üçün ciddi qəza riski yaranıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Seçilən
6
5
news365.az

6Mənbələr