AZ

İrandan “heç vaxt anlaşa bilmərik” BƏYANATI

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” birləşmiş komandanlığının rəsmi nümayəndəsi İbrahim Zülfüqari ABŞ rəhbərliyinə müraciət edib. O müraciətində kifayət qədər sərt danışaraq, Tramp administrasiyasına meydan oxuyub.

Bu barədə Musavat.com İran mediasına istinadən məlumat yayıb.

Müraciətdən sitat: "Doğrudanmı sizin daxili çəkişmələriniz o həddə çatıb ki, artıq özünüzlə danışıqlar aparmağa başlamısınız? Biz görürük ki, Amerika rəhbərliyi öz fantaziyalarını real proses kimi təqdim etməyə çalışır.

Diqqətlə qulaq asın: bizim kimi insanlar sizin kimi insanlarla heç vaxt anlaşa bilməz. Regiona qoyduğunuz sərmayələr və müharibədən əvvəlki enerji qiymətləri Vaşinqton reallığı qəbul etməyincə bu dünyaya qayıtmayacaq. Bu regionda sabitlik yalnız İranın silahlı qüvvələri tərəfindən təmin olunur, sizin aviadaşıyıcılarınız tərəfindən yox”.


Cavanşir ABBASLI 
Musavat.com

 

Seçilən
80
50
musavat.com

10Mənbələr