AZ

İrandan ŞOK İDDİA

“Ən minimal qiymətləndirmələrə görə, amerikalılar arasında 600-800 ölü və təxminən 5000 yaralı var”.

Publika.az "Pars Today"ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi Sərdar Şekarçi bildirib.

O qeyd edib ki, komandanlıq qərargahına, baş nazirin görüş yerinə, nüvə tədqiqatları mərkəzinə, həmçinin İsrailin çoxsaylı strateji və tədqiqat xarakterli müdafiə sənayesi obyektlərinə zərbələr endirilib və onlar ciddi itkilər veriblər. O xatırladıb ki, İsrail təxminən 9000 yaralı barədə məlumat verib.

"Onlar ümumiyyətlə heç bir ölüm halı barədə xəbər vermirlər və yalnız yaralılardan danışırlar. Sanki bizim çoxtonluq raketlərimiz öldürmək iqtidarında deyil, yalnız yaralaya bilər", — deyə media Şekarçinin sözlərindən sitat gətirib.

İran Silahlı Qüvvələrinin rəsmisi həmçinin bildirib ki, İsraildə təxminən 17 min 683 nəfər dəymiş ziyana görə kompensasiya üçün sığorta iddiaları irəli sürüb.

Seçilən
73
50
publika.az

10Mənbələr