İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki , Tehran Rusiya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.
Publika.az xəbər verir ki, o, İslam Respublikasının düşmənlərinin bu nəqliyyat arteriyasından istifadə etməsinə icazə verməyəcəklərini də bildirib:
“Dostlarımız kimi tanıdığımız bəzi ölkələrin Hörmüz boğazından keçməsinə icazə verdik: Çin, Rusiya, Hindistan, İraq və Pakistanın da keçməsinə icazə verdik”.
Xarici İşlər Naziri əlavə edib ki, bir çox regional xarici işlər nazirləri Tehranla əlaqə saxlayıblar, lakin İranın mövqeyi "prinsipial və qəti" olaraq qalır. "Düşmənlərimiz dərs çıxarmalı və bir daha bizə hücum etməməlidirlər", - deyə Əraqçi yekunlaşdırıb.