Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda diqqətçəkən qərar açıqlanıb. Musavat.com xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar İranın Hörmüz boğazı ilə bağlı yeni razılığa getdiyini bildirib.
Nazirin sözlərinə görə, Tehran Pakistan bayrağı altında üzən daha 20 gəminin bu strateji boğazdan keçməsinə icazə verib. Razılaşmaya əsasən, hər gün iki gəmi Hörmüzdən təhlükəsiz şəkildə keçid edəcək.
İshaq Dar bu addımı “əla xəbər” kimi dəyərləndirib və İranın qərarının bölgədə sabitliyə müəyyən töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, son günlər Hörmüz boğazı ətrafında hərbi və siyasi gərginlik artıb. Bu fonda İranın bəzi ölkələrə məxsus gəmilərə məhdudiyyət tətbiq etdiyi bildirilirdi. Məhz belə bir şəraitdə Pakistan üçün ayrıca keçid razılığının əldə olunması xüsusi diqqət çəkir.
Musavat.com