AZ

DÇ-2026-nın pley-off mərhələsi: Türkiyə Rumıniyaya qarşı

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək.

Msport.az xəbər verir ki, ümumilikdə 8 oyun keçiriləcək.

Türkiyə millisi İstanbulda Rumıniya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Türkiyə Rumıniya üzərində qələbə qazansa, martın 31-də keçiriləcək finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

26 mart

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya – Şimali İrlandiya

23.45. Uels – Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna – İsveç

24:45. Polşa – Albaniya

C yolu

21:00. Türkiyə – Rumıniya

23:45. Slovakiya – Kosovo

D yolu

23:45. Danimarka – Şimali Makedoniya

23:45. Çexiya – İrlandiya

Pley-off-un final cütlükləri

A yolu

İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi

C yolu

Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi

D yolu

Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Seçilən
4
9
msport.az

10Mənbələr