AZ

Türkiyə millisi dünya çempionatı üçün pley-off oyununa çıxır


Bu gün futbol üzrə dünya çempionatının Avropa zonasında pley-off mərhələsi başlayır.
Yeniavaz.com
xəbər verir ki, A, B, C və D yolları üzrə ümumilikdə 8 qarşılaşma keçiriləcək.
Türkiyə millisi İstanbulda Rumıniya yığması ilə qarşılaşacaq. “Beşiktaş Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal və final mərhələlərinin oyunları tək matçdan ibarətdir. Final qarşılaşmaları martın 31-də oynanılacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi
Yarımfinal oyunları
A yolu (23:45)
İtaliya – Şimali İrlandiya
Uels – Bosniya və Herseqovina
B yolu (23:45)
Ukrayna – İsveç
Polşa – Albaniya
C yolu (21:00 / 23:45)
Türkiyə – Rumıniya
Slovakiya – Kosovo
D yolu (23:45)
Danimarka – Şimali Makedoniya
Seçilən
9
9
yeniavaz.com

10Mənbələr