AZ

WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir

Cari il 8-10 aprel tarixlərində, Keniyanın paytaxtı Nayrobi şəhərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədi ilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.

Aznews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan hökuməti AUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50 000 ABŞ dolları məbləğində maliyyə töhfəsi edib.

Martın 26-da Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri xanım Alis Vahome və Azərbaycanın Keniyadakı səfiri, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında ölkəmizin daimi nümayəndəsi Sultan Hacıyev AİDA-nın maliyyə töhfəsini rəsmiləşdirən sənəd imzalayıb.

İmzalanma mərasimində mətbuat nümayəndələrinin suallarını cavablandırarkən keniyalı nazir AUF2-yə edilən maliyyə töhfəsinə görə Azərbaycan Hökumətinə təşəkkür edib və WUF13-ün ev sahibi qismində Azərbaycan nümayəndə heyətinin AUF2-də xüsusi qonaq olaraq iştirakından məmnun olacaqlarını bildirib.

Səfir Sultan Hacıyev dayanıqlı şəhərsalma və inkişaf sahəsində əməkdaşlığın Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb, iki ölkənin sahə üzrə qlobal və regional çərçivədə birgə səylərini yüksək qiymətləndirib.

Seçilən
39
6
aznews.az

7Mənbələr