Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
Musavat.com xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 7.55 ABŞ dolları və ya 6.6% artaraq 121.25 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113.70 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" markalı neftinin qiyməti sonuncu dəfə 2022-ci ilin iyun ayında 121 dollar səviyyəsini keçib.