ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.
Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.