Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.
"Cebheinfo.az" xəbər verir ki, "Report"un məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.
Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.
https://t.me/reportnewsaz/177709
"Cebheinfo.az"