Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda intensiv yağıntıların yaratdığı problemlərlə bağlı sakinlərin narazılığı davam edir. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatın görə, Sulutəpə qəsəbəsindəki Pənahabad küçəsi, Masazır kəndi, Biləcəri qəsəbəsi, Xırdalan şəhəri, Qobu-Hökməli yolunda vəziyyət çətinləşib. Adıçəkilən əraziləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Bəzi yerlərdə yolların keçilməz hala düşdüyü, avtomobillərin suyun içində qalaraq hərəkətdə çətinlik çəkdiyi bildirilir. Sakinlərin sözlərinə görə, güclü yağışlar nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı iflic edib, ərazidə hərəkət etmək demək olar ki, mümkünsüzləşib.
***
Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur. Bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir. Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.