AZ

Bakıda güclü yağış səbəbindən əraziləri su basdı - VİDEO

Bakıda intensiv yağıntıların yaratdığı problemlərlə bağlı sakinlərin narazılığı davam edir.

Ölkə.Az xəbər verir ki, Oxu.Az-a daxil olan məlumatlara görə, Sulutəpə qəsəbəsindəki Pənahabad küçəsi, Masazır kəndi, Biləcəri qəsəbəsi, Xırdalan şəhəri, Qobu-Hökməli yolunda vəziyyət çətinləşib.

Adıçəkilən əraziləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Bəzi yerlərdə yolların keçilməz hala düşdüyü, avtomobillərin suyun içində qalaraq hərəkətdə çətinlik çəkdiyi bildirilir. Sakinlərin sözlərinə görə, güclü yağışlar nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı iflic edib, ərazidə hərəkət etmək demək olar ki, mümkünsüzləşib.

Seçilən
1
6
olke.az

9Mənbələr