Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Böyük Britaniyanın hökuməti Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün təcili olaraq əlavə 100 milyon funt sterlinq (115 milyon avro) ayırdığını elan edib.
"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqlamasında deyilir.
"Bu, Ukraynanı Rusiyanın aramsız hücumlarından mülki əhalinin, şəhərlərin və kritik infrastrukturun müdafiəsi üçün hava hücumundan müdafiə vasitələri ilə təmin edəcək", – açıqlamada Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə istinadən bildirilib.
Bu yardım paketi nəzərə alınmaqla, Böyük Britaniya son iki ay ərzində Ukrayna HHM-nin dəstəklənməsinə 600 milyon funt sterlinq (691 milyon avro) ayırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.