Böyük Britaniyanın hökuməti Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün təcili olaraq əlavə 100 milyon funt sterlinq (115 milyon avro) ayırdığını elan edib. Bu barədə Britaniya hökumətinin açıqlamasında deyilir.
"Bu, Ukraynanı Rusiyanın aramsız hücumlarından mülki əhalinin, şəhərlərin və kritik infrastrukturun müdafiəsi üçün hava hücumundan müdafiə vasitələri ilə təmin edəcək", – açıqlamada Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə istinadən bildirilib.
Mətləb