Bakı. Trend:
Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlarnəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksizvəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildirilib ki,dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal RegionalMərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-iazyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfərtəhlükəsiz əraziyə təxliyə edilib.