AZ

Xaçmazın Cığatay kəndində evlərini su basan 22 nəfər təxliyə edilib - FOTO - VİDEO

Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Day.Az-a bildirilib ki, dərhal əraziyə nazirliyin Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

  • Xaçmazın
  • Xaçmazın
  • Xaçmazın
  • Xaçmazın
  • Xaçmazın
  • Xaçmazın
Seçilən
21
5
day.az

5Mənbələr