Bakı. Trend:
İsrail ordusu Livanın cənubunda həyata keçirilən hava zərbəsinəticəsində “Hizbullah”la əlaqəli jurnalist Əli Şueybinöldürüldüyünü təsdiqləyib və onun təşkilatın elit “Radvan”qüvvəsinin üzvü olduğu üçün hədəf alındığını açıqlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri(İDF) məlumat yayıb.
IDF-in məlumatına görə, Şueyb “Radvan” qüvvəsinin kəşfiyyatbölməsində fəaliyyət göstərib, eyni zamanda “Hizbullah”a bağlı“Al-Manar” telekanalında jurnalist kimi çalışıb.
"Şueyb “Al-Manar" şəbəkəsində jurnalist adı altında "Hizbullah"terror təşkilatında fəaliyyət göstərib, Livanın cənubunda və sərhədboyunca fəaliyyət göstərən IDF hərbçilərinin mövqelərini mütəmadiolaraq ifşa etməyə çalışıb və xüsusilə "Radvan" qüvvəsinin digərüzvləri ilə, eləcə də ümumilikdə təşkilat daxilində digər şəxslərlədaimi əlaqə saxlayıb”, - deyə əlavə edilib.
Ordunun açıqlamasına görə, İranla davam edən müharibə zamanı daŞueyb fəaliyyətini davam etdirib və Livanın cənubunda fəaliyyətgöstərən IDF qüvvələrinin mövqeləri barədə məlumat verib.
IDF əlavə edib ki, Şueyb həmçinin “IDF hərbçilərinə və İsrailmülki vətəndaşlarına qarşı təxribat xarakterli çağırışlar edib, özmövqeyindən istifadə edərək "Hizbullah"ın "təbliğat materiallarınıyaymaq üçün vasitə olub".
Bildirilir ki, Livanın cənubundakı Cəzzin şəhərində avtomobiləendirilən zərbə nəticəsində “Al-Mayadeen” telekanalının əməkdaşı,“Hizbullah”la əlaqəli jurnalist Fatimə Ftuni də ölüb.