AZ

Livanın cənubunda iki jurnalist PUA zərbəsi nəticəsində həlak olub

BAKI, 28 mart. TELEQRAF

İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda Al-Mayadeen telekanalının reportyoru Fatima Ftuni və Al-Manar kanalının əməkdaşı Əli Şueyb olan avtomobili hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə hadisə yerində olan “Al Jadeed” telekanalının müxbiri məlumat verib.

Onun sözlərinə görə, Livanın cənubundakı Cizzin şəhərindən hərbi əməliyyatları işıqlandıran iki livanlı jurnalist aldığı xəsarətlər nəticəsində həlak olub.

Seçilən
15
9
teleqraf.com

7Mənbələr