AZ

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı -VİDEO/FOTO

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.

 

Senzor.az bildirir ki, 36 yaşlı idmançı ABŞ-ın Sietl şəhərində təşkil olunan turnirdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

 

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

 

Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.


Seçilən
8
50
senzor.az

10Mənbələr