AZ

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançısı Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli döyüşçü ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə Çili təmsilçisi İqnasio Bahamondeslə qarşılaşıb. Üç raund davam edən döyüş kifayət qədər gərgin və qarşılıqlı hücumlar şəraitində keçib. Qarşılaşmanın sonunda hakimlər yekdil qərarla qələbəni Tofiq Musayevə veriblər.

Bununla da 36 yaşlı döyüşçü UFC karyerasında ilk qalibiyyətini rəsmiləşdirib.

Xatırladaq ki, Tofiq Musayev UFC-də ilk döyüşünü 2024-cü ilin 22 iyununda Bakıda keçirmiş və qırğızıstanlı Mıktıbek Orolbaya uduzmuşdu. Bahamondes isə sonuncu döyüşündə Bakıda Rafael Fiziyevə məğlub olmuşdu.

Seçilən
1
50
90deqiqe.az

10Mənbələr