Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dağıstanda güclü yağışlar səbəbindən su basan ərazilərdən 3338 nəfər təxliyə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Həmin şəxslərdən 1033 nəfərinin uşaq olduğu bildirilib.
Ümumilikdə regionda 760 ev su altında qalıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 670-dən ço canlı qüvvə və 224 texnika cəlb edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.