AZ

Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dağıstanda baş verən güclü daşqınlardan sonra infeksiyaların yayılma riski artıb. Bu səbəbdən Hepatit A virusuna qarşı təcili peyvəndləmə kampaniyasına start verilib.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, vaksinasiya əsasən risk qrupuna daxil olan şəxslər - ictimai iaşə və ticarət sahəsində çalışanlar, uşaq müəssisələrinin yeməkxana işçiləri, müvəqqəti yerləşdirmə məntəqələrinin sakinləri, eləcə də kommunal və bərpa işçiləri arasında aparılır.

Qeyd edək ki, martın 28-də leysan yağışlar nəticəsində bölgədə su basqınları, elektrik və su təchizatında fasilələr yaranmış, bir sıra ərazilərdə fövqəladə vəziyyət elan olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
19
baku.ws

10Mənbələr