AZ

Daşkəsəndə güclü yağışdan sonra yolda sürüşmə baş verdi (FOTO)

Daşkəsəndə güclü yağış fəsadlar törədib.

 

APA-nın yerli bürosunun məlumatına görə, leysan yağışları nəticəsində ümumi uzunluğu 3 km olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci km-də sürüşmə baş verib. Nəticədə yol bağlanıb. Əraziyə "31 saylı Yol İstismarı" MMC-nin, digər qurumların əməkdaşları cəlb edilib. 

 

Tədbirlər nəticəsində yolda hərəkət qismən təmin edilib. Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ərazidə bərpa işləri davam edir.

 

Seçilən
3
6
milliyol.az

7Mənbələr