AZ

Daşkəsəndə sürüşmə baş verib - FOTO

Daşkəsəndə güclü yağış fəsadlar törədib.

Bakıvaxtı.az-ın məlumatına görə, leysan yağışları nəticəsində ümumi uzunluğu 3 km olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci km-də sürüşmə baş verib.

Nəticədə yol bağlanıb. Əraziyə "31 saylı Yol İstismarı" MMC-nin, digər qurumların əməkdaşları cəlb edilib. Tədbirlər nəticəsində yolda hərəkət qismən təmin edilib. Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ərazidə bərpa işləri davam edir. /apa

Seçilən
10
6
bakivaxti.az

7Mənbələr