AZ

Azərbaycan millisi Bolqarıstana qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan  Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.

31 mart

Avro-2027
Seçmə mərhələ

20:00.Bolqarıstan U-21 - Azərbaycan U-21
Baş hakim: Denis Şurman (Ukrayna)
Xristo Botev satdionu

Seçilən
29
6
ucnoqta.az

10Mənbələr