21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.
31 mart
Avro-2027
Seçmə mərhələ
20:00.Bolqarıstan U-21 - Azərbaycan U-21 - 0:0
Baş hakim: Denis Şurman (Ukrayna)
Xristo Botev satdionu