RU

Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı

style='margin-bottom:10px;'>

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan  Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.

31 mart

Avro-2027
Seçmə mərhələ

20:00.Bolqarıstan U-21 - Azərbaycan U-21 - 0:0
Baş hakim
: Denis Şurman (Ukrayna)
Xristo Botev satdionu

Избранный
4
1
teleqraf.com

10Источники