AZ

Qalmaqallı boşanma bitdi Model keçmiş ərinə təzminat ödəyəcək

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli keçmiş model Güzide Duran 18 illik həyat yoldaşı Adnan Aksoydan boşanıb.

Axşam.az xəbər verir ki, məhkəmə qalmaqallı keçən boşanma prosesində qərar verib.

Belə ki, məhkəmə Adnanın zina əsaslı boşanma iddiasını qəbul edib və Güzide ümumilikdə 400 min lirə (15 300 manat) təzminat ödəməyi qərara alıb: maddi ziyana görə 200 min lirə (təxminən 7644 manat) , mənəvi ziyana görə də 200 min lirə. Məhkəmə həmçinin Adnanın hər ay Güzideyə 50 min lirə aliment ödəməsini qərara alıb.

Bununla belə 17 və 14 yaşlı iki uşağının qəyyumluğunu ataya verilib və Güzide hər ayın müəyyən günlərində, rəsmi bayramlarda uşaqları ilə görüşə biləcək.

Qeyd edək ki, Güzide Duran 2008-ci ildə iş adamı Adnan Aksoyla ailə həyatı qurub. Onların iki övladı var. Ayrılıqdan sonra Güzide "Qalatasaray"ın texniki direktoru Okan Burukla münasibətə başlayıb. 

Bundan başqa, model əri tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirib. Həyat yoldaşı isə boşanmadan sevgilisi ilə ictimaiyyət arasında göründüyünə görə Güzideni qınayıb və məhkəməyə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
15
axsam.az

10Mənbələr