Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti, həmçinin millinin sabiq qapıçısı Borislav Mixaylov 63 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Məlumata görə, B.Mixaylov 2025-ci ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Borislav Mixaylov karyerası ərzində üçqat Bolqarıstan çempionu və ölkə kubokunun üçqat qalibi olub. O, 1983-1996-cı illərdə millinin şərəfini qoruyub. O, 102 matçla ölkə futbolu tarixində ən çox oyun keçirən ikinci futbolçu kimi yadda qalıb.
Xatırldaq ki B.Mixaylov Bolqarıstan yığmasının yarımfinala qədər irəlilədiyi DÇ-1994-də komandanın əsas qapıçısı olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.