Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti, həmçinin sözügedən ölkənin millisinin sabiq qapıçısı Borislav Mixaylov vəfat edib.
Fanat.Az Bolqarıstan Milli Televiziyasına istinadən məlumatına görə, Mixaylov o, 63 yaşında həyatla vidalaşıb.
Mixaylov 2025-ci ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Keçmiş qolkiper karyerası ərzində üçqat Bolqarıstan çempionu və ölkə kubokunun üçqat qalibi olub, 1983-1996-cı illərdə millinin şərəfini qoruyub. O, 102 matçla ölkə futbolu tarixində ən çox oyun keçirən ikinci futbolçu kimi yadda qalıb.
Qeyd edək ki, Mixaylov Bolqarıstan yığmasının yarımfinala qədər irəlilədiyi DÇ-1994-də komandanın əsas qapıçısı qismində mübarizə aparıb.
Toğrul