Ərəb ölkələri Yaxın Şərq münaqişəsi səbəbindən təxminən 200 milyard dollar itirə bilər ki, bu da regionda iqtisadi artıma ciddi zərbə vuracaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi BMT İnkişaf Proqramının (BMTİP) hesabatına istinadən məlumat yayıb.
"Yaxın Şərqdə qısamüddətli hərbi eskalasiya bütün ərəb dövlətləri üçün dərin və genişmiqyaslı sosial-iqtisadi nəticələrə səbəb ola bilər", - ekspertlər hesab edirlər. Onların qiymətləndirməsinə görə, regionda işsizlik səviyyəsi dörd faiz bəndi arta bilər ki, bu da təxminən 3,6 milyon iş yerinin itirilməsinə və 4 milyon insanın yoxsulluğa düşməsinə səbəb olacaq.
Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (FƏDƏŞ) üzv ölkələr – Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı – onların hesablamalarına görə, ÜDM-nin 5,2%-dən çoxunu itirəcəklər.
Almaz Həsənli