AZ

Varlı ərəb ölkələri müharibədən nə qədər itirir? İşsizlik artır, ÜDM azalır

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ərəb ölkələri Yaxın Şərq münaqişəsi səbəbindən təxminən 200 milyard dollar itirə bilər ki, bu da regionda iqtisadi artıma ciddi zərbə vuracaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) hesabatına istinadla məlumat yayıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə qısamüddətli hərbi eskalasiya belə bütün ərəb dövlətləri üçün dərin və geniş yayılmış sosial-iqtisadi nəticələrə səbəb ola bilər. Ən çox da varlı ərəb ölkələri ziyan görməkdədir.

Onların hesablamalarına görə, regionda işsizlik dörd faiz bəndi qədər arta bilər ki, bu da təxminən 3,6 milyon iş yerinin itirilməsinə və təxminən 4 milyon insanın yoxsulluğa sürüklənməsinə səbəb ola bilər.

Mütəxəssislər hesab edirlər ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı ÜDM-nin 5,2%-dən çoxunu itirəcəklər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
5
azpolitika.info

6Mənbələr