Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlama aparıb.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.