AZ

12 aptekdə nöqsanlar aşkarlandı -Yoxlamalar keçirildi


Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlama aparıb.

Mərkəzdən Medicina.az -a verilən məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib olunub.


Seçilən
31
7
medicina.az

10Mənbələr