AZ

Əfqanıstanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 aprel, AZƏRTAC

Əfqanıstanda daşqınlar, torpaq sürüşmələri və güclü yağışlar nəticəsində azı 45 nəfər ölüb, 66 yaralı var.

AZƏRTAC “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, hakimiyyət orqanları təbii fəlakətin bir neçə gündür davam etdiyini və ölkənin əhəmiyyətli hissəsinə yayıldığını bildirir. Güclü yağışlar suyun səviyyəsinin kəskin şəkildə qalxmasına, torpaq sürüşmələrinə və əsasən kənd yerlərində yaşayış binalarının dağılmasına səbəb olub.

Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (ANDMA) məlumatına görə, son günlərdə yüzlərlə ev dağılıb və ya zədələnib, əkin sahələrinə, yollara və suvarma sistemlərinə ziyan dəyib. Agentliyin açıqlamasında, həmçinin qeyd olunur ki, ölkənin bəzi yerlərində hava şəraiti qeyri-sabit olaraq qalır, bəzi ərazilərdə isə əlavə yağış və daşqın riski var. ANDMA-nın açıqlamasında deyilir: “Ümumilikdə, 1140 ailə zərər çəkib”.

ANDMA-nın məlumatına görə, Əfqanıstanda ölüm hallarının əksəriyyəti mərkəzi və şərq əyalətlərində, o cümlədən Pərvan, Meydan Vardak, Daykundi və Loqarda qeydə alınıb.

Təsirə məruz qalan bəzi bölgələrə çatmaq çətinləşib və bu da xilasetmə işlərini ləngidir.

Hakimiyyət orqanları əlverişsiz hava şəraitinin davam edəcəyi, qarşıdakı günlərdə daha çox yağış yağacağı, bunun da daşqın və torpaq sürüşməsi riskini artıracağı barədə xəbərdarlıq edir.

Bu arada, qonşu Pakistanın Əfqanıstanla həmsərhəd olan Xayber Paxtunxva əyalətində əyalət Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, təbii fəlakət nəticəsində 17 nəfər ölüb, 56 yaralı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
41
azertag.az

10Mənbələr