AZ

Antalya qırmızı rəngə boyandı: Aralıq dənizində qum fırtınası FOTO VİDEO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimali Afrika bölgəsindən qalxan güclü səhra tozu qırmızı qum fırtınası şəklində əvvəlcə Yunanıstan və Liviyanı bürüyüb, daha sonra Türkiyənin Alanya bölgəsi səmasında hiss olunmağa başlayıb.

Bu barədə Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, həftənin əvvəlində Liviya və Yunanıstanda gündəlik həyatı dayandıran və Krit adasının üzərini tamamilə qırmızı rəngə boyayan "Ermino" fırtınası Türkiyə ərazisinə doğru istiqamətini dəyişib. Türkiyənin Antalya bölgəsinin Alanya rayonu sakinləri bu gün maraqlı mənzərə ilə qarşılaşıblar.

View this post on Instagram

A post shared by Oxu.Az Türkçe (@oxuazturkce)

Atmosfer hadisəsi nəticəsində göy üzü gündüz saatlarında belə qeyri-adi şəkildə al qırmızı rəngini alıb. Alanya sakinləri bu heyrətamiz mənzərəni təəccüblə izləyiblər.

Qeyd edilir ki, toz fırtınası təkcə səmanın rəngini dəyişməyib, həmçinin yüksək toz konsentrasiyası səbəbindən bəzi ərazilərdə görünüş məsafəsi ciddi şəkildə azalıb. Müvafiq qurumlar cənubdan əsən küləklərin bir müddət davam edəcəyini bildirərək vətəndaşları diqqətli olmağa və nəqliyyatda mümkün problemlərə qarşı tədbir görməyə çağırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
50
oxu.az

10Mənbələr