AZ

“Trampın çağırışları inandırıcı deyil” ŞƏRH

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Hörmüz boğazı səbəbindən reaktiv yanacaq ala bilməyən bütün ölkələrə, məsələn, İranın “başının kəsilməsində” iştirak etməkdən imtina edən Böyük Britaniyaya məsləhətim var”.

Gununsesi.info bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib:

“ABŞ-dan alın – ondan bizdə kifayət qədər var. İkincisi, təxirə saldığınız cəsarətinizi toplayın, boğaza gedin və sadəcə götürün. Özünüzə görə özünüz mübarizə aparmağı öyrənməli olacaqsınız, ABŞ daha sizə kömək etməyəcək, necə ki siz bizə kömək etmədiniz. İran əslində məhv edilib. İşin çətin hissəsi görülüb. Gedin öz neftinizi götürün! Prezident DJT”.

ABŞ-da yanacaq qiymətləri ilə bağlı vəziyyəti şərh edən politoloq Asif Şəfəqqətov bildirib ki, hazırda ölkədə orta yanacaq qiyməti bir qallon üçün 4 dolları keçib.

O qeyd edib ki, Xaricdən neft tədarükündən asılı olan Kaliforniya kimi Qərb sahili ştatlarında isə bu göstərici 6–7 dollar arasında dəyişir:

“Dizel və reaktiv yanacaq üzrə vəziyyət daha da pisdir. Dizelin qiyməti rekord həddə yaxınlaşaraq 1 qallon üçün $5,5-a çatıb. Kəskin dizel çatışmazlığı logistika xərclərinin və inflyasiyanın artmasına səbəb olur. Kütləvi iflasla üzləşən fermerlər də əziyyət çəkirlər.

ABŞ-da reaktiv yanacağın qiyməti bir ay ərzində 1 qallon üçün $2,5-dan $4,2-a qədər yüksəlib. Aviaşirkətlər uçuşlarının 15%-ə qədərini ləğv etmək məcburiyyətində qalırlar. JetBlue kimi bəzi ucuz daşıyıcılar isə iflas riski altındadır. Hava səyahətləri ölkəsi olan Amerika üçün bu güclü bir şok terapiyasıdır.

Bu kontekstdə Trampın Avropa və Asiyadakı müttəfiqlərini Amerika neft məhsullarını almağa çağırışları gülünc səslənir. ABŞ həm xam neftin, həm də neft məhsullarının xalis idxalçısıdır. ABŞ gündə 4 milyon barel neft ixrac, 8-9 milyon barel idxal edir.

Amerika heç öz ehtiyaclarını tam ödəyə bilmir. Təəccüblü deyil ki, avropalılar – Makron, Sançes, hətta bir vaxtlar Trampın müttəfiqi olan Meloni Ağ Evə açıq şəkildə meydan oxumağa başlayıblar. Enerji böhranı onlara ağır zərbə vurur. Həm də Avropada artıq ABŞ-ın müharibədə qalib gələcəyinə inanmırlar.

Tramp isə onları özünün yaratdığı bataqlığa itələyir. Amma bu dəfə alınmır…

İspaniyanın baş naziri Pedro Sançes demişkən “Eşşək palçığa bir dəfə batar.”

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
104
50
icma.az

10Mənbələr