AZ

“PROSES FƏLAKƏTƏ APARIR...” “İrana qarşı əməliyyat Trampa baha başa gələ bilər”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

“Bu yorucu münaqişə ABŞ Prezidenti Donald Trampın vəzifəsini itirməsinə səbəb ola bilər”.

Bunu ABŞ-nin bir neçə prezidentinə strateji məsləhətlər vermiş tanınmış hərbi ekspert, professor Robert Pape ABŞ və İsrailin İrana qarşı davam edən hərbi kampaniyasının birinci ayının yekunlarını şərh edərkən deyib.

Robert Pape, Çikaqo Universitetinin professoru və ABŞ Hərbi Hava Qüvvələrinin Təkmilləşmiş Araşdırmalar Məktəbinin (SAASS) müəllimi, zorla rejim dəyişdirilməsini hava əməliyyatları vasitəsilə öyrənən aparıcı mütəxəssislərdən biridir. Onun fundamental əsəri “Qələbə üçün bombardman: Hava gücü və məcburetmə müharibədə” hərbi düşüncənin klassik nümunəsi sayılır. Son iyirmi ildə Pape və tələbələri İrana qarşı mümkün müharibə ssenarilərini, o cümlədən Natanz, Fordo və İsfahan kimi nüvə obyektlərinə zərbələrin nəticələrini təhlil edən detallı simulyasiyalar aparıblar.

Ekspertin proqnozuna görə, əgər İrana qarşı quru əməliyyatı iyun ayına qədər uzansa, Respublikaçılar Konqresin Nümayəndələr Palatası və Senatında Trampdan “xilas qayıqları” axtarmağa başlayacaqlar.

Pape regiondakı vəziyyəti üç əsas mərhələyə bölür:

Birinci mərhələ: ABŞ-nin regiondakı mövqelərə dəqiq zərbələri.

İkinci mərhələ: İranın cavab tədbirləri, çoxvektorlu reaksiyası.

Üçüncü mərhələ: ABŞ-nin quru qoşunlardan istifadə etməklə genişmiqyaslı hücumu.

Ekspert hesab edir ki, hazırda vəziyyət birinci və ikinci faza arasında kritik nöqtədədir. O bildirir: “Birinci mərhələ - ABŞ bombardmanları məqsədlərə çatmır və strateji baxımdan effektiv deyil. İkinci mərhələ - İranın çoxvektorlu cavabı. Üçüncü mərhələ - ABŞ-nin quru əməliyyatına keçməsi. Hazırda İrandan “üfüqi eskalasiya” müşahidə olunur. Hörmüz boğazı onların əlindədir və uranın zənginləşdirilməsi imkanları mövcuddur. Altı ay və ya bir ildən sonra İran həm zəngin neft ehtiyatlarına, həm də nüvə silahına sahib ölkəyə çevrilə bilər. Bu təsirin miqyası budur”.

Tramp qarşısında çətin diplomatik və ya hərbi seçim dayanır: ya yüksək siyasi qiymət ödəməklə razılaşmaya getmək, ya da Hörmüz boğazını zorla açmaq üçün hərbi eskalasiyaya keçmək. Pape xəbərdarlıq edir ki, hərbi ssenari 3–6 aylıq yorucu müharibəyə səbəb olacaq və Trampın reytinqi davamlı azalacaq.

Ekspert vurğulayıb ki, siyasi baxımdan Tramp faktiki olaraq öz vəzifəsini itirmək təhlükəsi ilə üz-üzədir:

“Bu, impiçment deyil, Rəspublikaçı partiyada etimadın tədricən itirilməsi prosesidir. Həmkarları Trampın məğlubiyyətini hiss edən kimi ondan uzaqlaşacaqlar”. Pape qeyd edir ki, əgər quru əməliyyatı iyun ayına qədər davam edərsə, respublikaçılar Konqres seçkilərindən əvvəl siyasi “xilas qayıqları” axtaracaqlar.

Pape hesab edir ki, Tramp üçün yeganə ağlabatan yol Tehrana razılaşma təklif etməkdir:

“Tramp bu razılaşmanı etməlidir, nə qədər pis görünsə də”.

Pape yekun olaraq bildirir ki, Tramp öz qərarlarının girovuna çevrilib:

“Siyasi baxımdan bu genişmiqyaslı mübarizədir və İran hazırda qalibdir. Tramp eskalasiya tələsinə düşür, çünki hər mərhələdə qərarlarını rasional hesab edir, amma bütün proses birləşdikdə fəlakətə aparır”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
50
azpolitika.info

10Mənbələr