AZ

Paşinyan Moskvaya səfərini çox uğurlu hesab etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü Moskva səfərini çox uğurlu adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bunu jurnalistlər üçün keçirilən brifinqdə səfər zamanı əldə edilən razılaşmalarla bağlı sualı cavablandırarkən bildirib.

Paşinyan deyib: “Mədəniyyətdən hərbi-texniki əməkdaşlığa qədər gündəliyimizin demək olar ki, bütün sahələri üzrə bir sıra konkret razılaşmalar əldə etdik. Və mən səfəri çox uğurlu hesab edirəm”.

Qeyd edək ki, Ermənistanın Baş naziri aprelin 1-də Moskvaya işgüzar səfərə yola düşüb və səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
24
7
redaktor.az

10Mənbələr