AZ

Paşinyan Moskva səfərini uğurlu ADLANDIRIB

Ajans.az "Armenpress"ə istinadən xəbər verir ki,, bunu Ermənistan Baş naziri brifinqdə səfər çərçivəsində hansı razılaşmaların əldə edildiyi ilə bağlı sualı cavablandırarkən bildirib. "Biz bir sıra sahələrdə, demək olar ki, gündəliyimizin bütün sahələrində - mədəniyyətdən tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret razılaşmalar əldə etmişik. Və mən səfəri çox uğurlu qiymətləndirirəm", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri aprelin 1-də Moskvaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Seçilən
26
7
Ajans.az

10Mənbələr