AZ

Rusiya Odessa bölgəsindəki liman infrastrukturuna dronlarla hücum edib

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Rusiya qoşunları aprelin 2-si gecəsi Odessa bölgəsindəki liman infrastrukturuna hücum etmək üçün dronlardan istifadə ediblər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İcmalar və Ərazilərin İnkişafı Nazirliyi məlumat verib .Limanlardan birinə edilən dron hücumu nəticəsində anbarlara, anqarlara, inzibati və kommunal binalara ziyan dəyib. Konteynerlərdə və mülki nəqliyyat vasitəsində də yanğınlar baş verdiyi bildirilib. Xəsarət alan olmayıb.

Bütün müvafiq xidmətlər yerində işləyir.

Xatırladaq ki, 2 aprel səhəri etibarilə Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin üç rayonuna 10 dəfədən çox dron və artilleriya atəşi ilə hücum edib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Həmçinin, dünən gecə Xarkovda doqquzmərtəbəli binaya ildırım düşdüyü bildirilib . Hadisə nəticəsində iki qadın xəsarət alıb. Binanın xarici divarı və tavanı dağılıb, pəncərələri isə zədələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
sia.az

10Mənbələr