AZ

İranda liman vuruldu İki gəmi yandı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İranın cənubunda yerləşən Bəndər Lenqe şəhərində limana hücum nəticəsində iki ticarət gəmisinin yandığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, hadisə Hörmüzqan əyaləti ərazisində baş verib. Hücum ABŞ və İsrail tərəfindən həyata keçirilib.

Məlumata əsasən, hücum zamanı bir nəfər yaralanıb, yerli sakinlərə məxsus iki ticarət gəmisi isə alovlanaraq ciddi zərər görüb.

Hazırda xilasedicilər və dənizçilik xidmətləri yanğının qarşısını almaq və vəziyyəti nəzarət altına almaq üçün ərazidə işlərini davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
31
qafqazinfo.az

10Mənbələr