AZ

Lənkəranda “Dairəvi qala”nın bərpasına 2 milyon manata yaxın vəsait xərclənəcək

Lənkəranda yerləşən “Dairəvi qala” ( “Zindan qalası”) abidəsinib bərpasına 1.872.243 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 

Qalanın təmiri "DİLER İNŞAAT" QSC-yə həvalə olunub. 

Bundan əvvəl Lənkəranın icra başçısı Taleh Qaraşov anews.az-a açıqlamasında bildirmişdi ki, qalaın bərpa işlərini Mədəniyyət Nazirliyi həyata keçirəcək. 

"Dairəvi qala” "Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. "Zindan qala” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.

Gülnar Nazimqızı 

 

 

Seçilən
27
2
anews.az

10Mənbələr