AZ

Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir

Hazırda ölkəmizdə 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafını, sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə də xidmətlər göstərilir.

XQ xəbər verir ki, bu müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, hippoterapiya, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə xidmətlərlə təmin edilirlər.

Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Autizm sindromlu uşaqlar reabilitasiya mərkəzləri tərəfindən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Bu terapiya onların, habelə daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir edir.

Seçilən
18
8
xalqqazeti.az

9Mənbələr