AZ

Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olanlar xidmətlərlə təmin edilirlər

Bakı, 2 aprel, AZƏRTAC

Hazırda ölkəmizdə 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafını, sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə xidmətlər göstərilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, ippoterapiya, rəqs terapiyası və digər sahələrdə xidmətlərlə təmin edilirlər.

Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar formalarda reabilitasiya xidmətləri göstərilir.

Autizm sindromlu uşaqlar reabilitasiya mərkəzləri tərəfindən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Həmin terapiya onların, habelə daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir edir.

Seçilən
4
8
azertag.az

9Mənbələr