AZ

Mövcud durum İranla müharibənin davam edəcəyini şərtləndirir

ain.az, Newscenter.az saytına istinadən bildirir.

"Amerika prezidenti Donald Trampın bir-birini təkzib edən açıqlamalarına baxmayaraq ABŞ, İsrail-İran müharibəsi tam şiddəti ilə davam edir. İran tərəfi irəli sürülən şərtləri qəbul etmir, ABŞ və İsrail isə qarşıya qoyulan məqsədlərə qismən nail olsalar da, əsas nəticələrin əldə olunması hələ də təmin olunmayıb. Mövcud durum isə müharibənin davam edəcəyini şərtləndirir". Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı Trampın İrana qarşı hərbi əməliyyatların başa çatma mümkünlüyü ilə bağlı açıqlamasını şərh edərkən səsləndirib. O deyib ki, ilk növbədə ABŞ və İsrailə loyal siyasi qüvvənin hakimiyyətdə təmsil olunması təmin olunmayıb:"Hakimiyyət dəyişikliyi ABŞ-a karbohidrogen ehtiyatları üzərində nəzarət, bu ölkənin Çinlə olan əlaqələrini zəiflətmək üçün lazımdırsa, İsrail nöqteyi nəzərindən İranın zəifləməsi və mövcud dözümsüzlük siyasətinə son qoyulması bu ölkə üçün ümumiyyətlə mövcud olma və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır. Müharibənin bu şərtlər təmin olunmadan durdurulması ABŞ-ın beynəlxalq nüfuzuna mənfi təsir göstərəcəkdir ki, bu da Trampın böyük ABŞ ideyaları ilə ziddiyyət təşkil edir".Elçin Ağamalı hesab edir ki, müharibənin davam edəcəyini göstərən digər amil isə bölgəyə quru əməliyyatlarının aparılması üçün canlı qüvvənin toplanmasıdır:"Quru qoşunlarının dislokasiya yerindən uzaq bir coğrafiyaya daşınması və saxlanılması kifayət qədər məsrəfli bir işdir. Bu qüvvələrdən istifadə olunmayacağı təqdirdə Donald Tramp həmin xərclərin labüd olmasına dair hesabat verəcəyinin fərqindədir. Tramp münaqişə apardığı ölkələrə qalib gəldiyi və ya mövcud hər hansı bir münaqişəni sona çatdırdığı təqdirdə bundan maksimum maddi fayda qazanmağa çalışır. Venesuelada hakimiyyət dəyişikliyinə nail olan Tramp bu ölkənin neft emalı və satışı üzərində nəzarəti ələ aldı. Eyni zamanda Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişəyə tam şəkildə son qoymaqla çəkiləcək Zəngəzur dəhlizinin işıətməsinin ABŞ-a verilməsini təmin etdi". Elçin Ağamalı bildirib ki, Hörmüz boğazının İran tərəfindən bağlanması ABŞ üçün əlavə qayğı yaratmışdır:"Boğazın açılması iqtisadi və etibarlılıq məsələləri ilə birlikdə artıq reputasiya məsələsidir. İranın hərbi potensialının zəiflədilməsi müharibənin başlanma səbəblərindən bəlkə də ən sonuncu amildir. Odur ki, müharibənin göstərilən şərtlər təmin olunmadan durdurulması real görünmür".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
50
newscenter.az

10Mənbələr