AZ

Müharibənin taleyi bu pilotdan asılıdır: "Hava üstünlüyü" mifi dağılır

Pentaqon xilasetmə əməliyyatı üzərində çalışdığı bir vaxtda qurum daxilində ciddi informasiya sükutu hökm sürür.

Musavat.com xəbər verir ki, ABŞ rəsmilərindən biri "Washington Post" nəşrinə açıqlamasında "Dünyada hər kəs bu hərbçinin taleyi, onun sağ-salamat evə qayıtması və bu hadisənin müharibənin gedişatına necə təsir edəcəyi ilə maraqlanır" deyə bildirib.

Cümə günü Amerika təyyarələrinə edilən hücumlar Tramp administrasiyasının İran hava məkanında mütləq üstünlük barədə bəyanatlarını sarsıdıb. Eyni zamanda, bir aydan çox davam edən intensiv bombardmanlardan sonra İran arsenalının hansı hissəsinin hələ də toxunulmaz qaldığı barədə suallar yaranıb.

SEPAH bu hadisəni Amerika və İsrail hərbi hava qüvvələri üçün "qara gün" adlandırıb.

İran parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf isə "X" platformasındakı paylaşımında ABŞ-ı ələ salıb:

"İran üzərində ardıcıl 37 qələbədən sonra, onların başlatdığı bu strategiyasız "parlaq müharibə" indi rejim dəyişikliyi hədəfindən "Hey! Kimisə bizim pilotları tapa bilərmi? Zəhmət olmasa" səviyyəsinə enib. Vay. Nə inanılmaz tərəqqi. Əsl dahidirlər".

 Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr